Dünya
Bir təbəssümə 30 milyon dollarlıq malikanə tikdirdi - Türkiyədə (FOTO)
Türkiyədə 2013-cü il 17 dekabr əməliyyatından sonra camaat-AKP
qarşıdurması fonunda bir çox gizlinlərə işıq tutuldu. Camaat
iqtidarın qaranlıq olan tərəflərini, AKP-də buna qarşılıq olaraq
əsas kartlarını açıqlayır.
Publika.Az türk mediasına istinadən xəbər verir ki, camaat lideri Fətullah Gülənin Türkiyədəki mülkləri haqda iddialar ortaya çıxıb. “Fətullah Gülənin bir təbəssümünə bütün malımı qurban verərəm” deyən iş adamı Akın İpekin gülən üçün tikdirdiyi lüks malikanənin qarşılığında Polis kəşfiyyat idarəsinin yanında 40 sotluq dövlət ərazisindən istifadə etdiyi haqqında xəbərlər yayılıb.
Ağ Evə bənzəyən 30 milyon dollarlıq malikanənin inşasına
başlanmasından sonra A. İpeke adı çəkilən ərazidə tikinti
aparmasına icazə verilib. Milli Əmlak İdarəsinə aid olan ərazini
almaq üçün nazirlikdəki nüfuzlu şəxslər vasitəsilə Dövlət reyestr
idarəsinə təzyiq edildiyini deyilir. 12 milyon türk lirəsində
dəyəri olduğu deyilən ərazidə aparılan inşaat layihəsi üçün Ömər
Altınparmağın rəhbərliyi vaxt Təhlükəsizlik Kəşfiyyat İdarəsindən
də icazə alınıb. İdarə yanında inşaat aparılmasına razı
olub.
Gülən üçün İncəkdə inşa edilmiş sarayın qarşılığında verilən dövlət ərazinin iki illiyinə kirayələndiyi bildirilir. Anlaşma üçün İpek Koza Qrupu ilə Koza Vəqfinə aid ünuversitet arasına xəyali bir protokol düzəldilib və reyestr idarəsindən bu protokola əsasən kupça alınıb. Sənədlərə görə, Koza Vəqfinə aid universitetin yaradıldığı ərazi, 9 iyun 2005-ci il tarixdə 22971 saylı sənədlər maliyyə xəzinəsinə verilib. 39 min 612 kvadratmetr olan bu ərazi 2012-ci ildə 2 illiyinə Koza Vəqfinə universitet yaradılması üçün Milli Əmlak İdarəsinə verilib. Kirayə müddəti 2 illik olmasına baxmayaraq milyon dollarlıq inşaata başlanıb. Ötən ay kirayə müddəti bitsə də daha 2 illiyinə uzadılıb. Beləliklə də, iş adamı A. İpekin İncəkdə inşaa etdirdiyi 30 milyonluq malikanə qarşılığında 120 milyon lirəlik ərazini istifadə etməsi təmin edilib. Sənədlərə görə, ərazinin mülkiyyəti maliyyə xəzinəsinə aid olan ərazi 31 avqust 2036-cı ilə qədər reyestr idarəsinə verilib. Çankaya bölgəsindən kənarda plan dəyişikliyi nəticəsində ərazi Koza Qrupuna aid İpek Universitetinə ağac əkmək üçün verilib.
Bu əraziyə bitişik ərazidə Xəritə İdarəsi və Aktiv Sərmayə
İdarəsinin xidmət binası yerləşir. Həmin əraziyə yaxın olan digər
yerdə 53 metr ceyran dərisinə yazılmış Fatih Sultan Mehmetə aid
Ayasofiya Vəqfiyyəsi kimi tarixi əsərlərin olduğu Arxiv İdarəsi
var. İnşaat aparıldığı üçün bu tarixi əsərlər və binalar təhlükədə
olduğu deyilir.
Asif
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO