Dünya
Növbəti “elektromaydan” Gürcüstanda baş verə bilər
Ötən ay Ermənistanda yaşanan “elektromaydan” Gürcüstanda da baş verə bilər.
Publika.az xəbər verir ki, Gürcüstanın energetika
naziri Kaxe Kaladze avqustun 1-dən etibarən ölkədə elektrik
enerjisinin 22 faiz qalxacağını bildirib. Onun sözlərinə görə,
tariflərin artımı ilk növbədə Gürcüstanı elektriklə təmin edən
“Energi-Pro Georgia” şirkətinin abunəçilərinə toxunacaq.
“Biz güman edirik ki, alınan enerji ilə nisbətdə tariflərin artımı
qaçılmaz olacaq”, - deyə o bildirib.
Artıq regionların enerji ilə təminində tariflərin artımı haqda
qərar qəbul olunub. Hökumət maddi cəhətdən çətinlik çəkən ailələrə
bu məsələdə yardım edəcəyinə söz verib. Ekspertlər hesab edir ki,
vəziyyət İrəvandakı kimi ola bilər.
Qeyd edək ki, iyunun 17-də Ermənistanda elektrik enerjisinin
qiyməti 16 faiz qalxıb, kv/saatı 49 dram (0.1 dollar) olub. Son 3
ildə bu, üçüncü qiymət artımıdır. Yeni artımla insanlar orta əmək
haqqının 10 faizini elektrik enerjisinə verməlidir. Əhali buna
etiraz olaraq iyunun 22-də küçələrə çıxdı. Lakin polis bir neçə gün
ardıcıl güc tətbiq etməklə etirazları dağıtdı. Dünya mətbuatı
Ermənistanda baş verənləri “elektromaydan” olaraq adlandırdı.
Gürcüstanda Strateji araşdırmalar institutunun rəhbəri Pyotr Mamradze isə hesab edir ki, “elektromaydan” təhlükəsi bu ölkədə də mövcuddur: “Lakin bunun yaxın vaxtlarda baş verəcəyini demək hələlik tezdir. Hökumət ən kasıb ailələrinə güzəşt edəcəyini açıqlayıb. Bu o deməkdir ki, hökumət belə bir təhlükəyə qarşı öz addımlarını atacaq. Hər şey tariflərin artmasından sonra əhalinin verəcəyi reaksiyadan asılıdır”.
Asif Nərimanlı
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO