Nida Xəbər
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı sherg.az-a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş edib:
“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb:
“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər”.
-
Kriminal19:12
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - VİDEO
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür
-
Hadisə16:40
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
-
Region15:48
Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev
-
Kriminal15:24
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu qədər cəza verildi
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək