Dünya
Məxfi razılaşma: İncirlik bazasının qapıları açılır, “təhlükəsiz zona” yaradılır
İŞİD-ə qarşı hücumlar həyata keçirən koalisiya gücləri Türkiyənin İncirlik hərbi bazasından istifadə edəcəklər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir
ki, bu barədə ABŞ ilə Türkiyə razılığa gəliblər. İncirlik hərbi
bazasının koalisiya güclərinin üzünə açılması İŞİD hədəflərini
vuran döyüş təyyarələri üçün məsafəni qısaldacaq. Hazırda ABŞ
əməliyyatları İraqdakı bazadan və Bəsrə körfəzindəki təyyarə
gəmisindən həyata keçirir. Təyyarə gəmisindən qalxan təyyarə İŞİD
hədəflərinə çatmaq üçün bir saat vaxt sərf edirsə, bu, İncirlikdən
cəmi 25 dəqiqəyə mümkün olacaq. Lakin İncirlik bazası yalnız
Türkiyənin icazəsilə və məhdud səviyyədə istifadə olunacaq.
ABŞ-ın “Washington Post” nəşri isə Vaşinqton-Ankara razılaşmasının
daha bir mühüm detalı haqda məlumat yayıb.
Nəşrin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Şimali Suriyada “təhlükəsiz zona” yaradılacaq. Bu zona Fərat çayından başlayaraq 110 kilometr Qərbə doğru uzanaraq Hələb şəhərinin sərhədlərində bitəcək.
Asif Nərimanlı
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi