Dünya
Partiya sədri terrorçu qardaşından danışdı – Türkiyədə
HDP lideri Səlahəttin Dəmirtaş PKK liderlərindən olan böyük qardaşı Nurettin Dəmirtaşla bağlı danışıb.
Publika.az xəbər verir ki, Prezident Rəcəb
Tayyip Ərdoğanın “qardaşı dağda, özü də fürsət tapan kimi ora
qaçacaq” sözlərinə münasibət bildirərkən qardaşı ilə əlaqəsinin
olmadığını açıqlayıb.
“Mən qardaşımdan xəbər ala bilmirəm. Yaşadığını, yoxsa öldüyünü
də dəqiq bilmirəm. Hörmətli Prezident məsələni şəxsiləşdirir. Mənim
onunla şəxsi qərəzim yoxdur”, - deyə bildirib.
Suruç terrorundan sonra təhdid dolu açıqlamaları ilə yadda qalan
HDP lideri 17 şəhid və onlarla avtomobilin terrorçular tərəfindən
yandırılmasından sonra PKK-ya üstüörtülü çağırış edib.
“Avtomobillərin yandırılmasını qəbul etmirik. Bu, dərhal
dayandırılmalıdır. Bunların hamısı bizim malımızdır. Bu vəziyyətdən
çıxmağın yeganə yolu danışıqdır. Son üç ildə ağır-ağır olsa da
irəliləyən “həll müddəti” prosesinin davam etməsi lazımdır.
Qarşılıqlı şəkildə silahların buraxılması vacibdir. Biz dərhal
əllərin tətiklərdən çəkilməsini və min bir zəhmətlə qurulan masada
yenidən oturmağı istəyirik”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO