Elm və təhsil
Bu şəxslərin diplomu tanınmadı
Aprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətçinin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Publika.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 123, Türkiyədən 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çindən 8, İtaliyadan 7, Polşadan 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrədən 3, Almaniyadan 2, Əfqanıstandan 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğızıstandan 2, Avstraliya İttifaqından 1, Belarusdan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çexiyada 1, Estoniyadan 1, Hindistandan 1, İspaniyadan 1, Kiprdən 1, Koreyadan 1, Litvadan 1, Norveçdən 1, Özbəkistandan 1, Rumıniyadan 1, Şimali Makedoniyadan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi









.jpg)


























