Dünya
İranda jurnalist günü qeyd edilib
Avqustun 8-də İran İslam Respublikasında jurnalist günü
qeyd edilib.
Bu münasibətlə İran Prezidenti Həsən Ruhani ölkə jurnalistlərinə
müraciət edərək onları ictimaiyyətin hüquqlarının gözətçisi
adlandırıb.
Müraciətdə qeyd olunub ki, inkişafa nail olmaq və ədalətin bərpası
üçün jurnalistlər həqiqətləri vaxtında, düzgün formada ictimaiyyətə
çatdırmalıdırlar. Münaqişə bölgələrinə xidməti vəzifələrini yerinə
yetirərkən həlak olan jurnalistlərin ailə üzvlərinə başsağlığı
verən Prezident onları həqiqət uğrunda şəhidlər adlandırıb.
Bildirilib ki, jurnalistlər öz peşə fəaliyyətləri ilə milli
potensialı təbliğ etməli, nöqsanlarla mübarizə aparmalıdırlar.
Əslində jurnalistlər ölkə rəhbərliyinin etibarlı
müşavirləridirlər.
Xatırladaq ki, 1998-ci il avqustun 8-də İRNA agentliyinin müxbiri
Mahmud Saremi İran konsulluğunun 8 diplomatı ilə birlikdə
Əfqanistanın Məzarişərif şəhərində Taliban qruplaşması tərəfindən
qətlə yetirilib. Bu münasibətlə hər il avqustun 8-i İranda
jurnalist günü kimi qeyd edilir.
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi