Dünya
Misirin 2 gəmisi batdı: 26 ölü
Misirin Şarm əl Şeyx şəhərində 30 balıqçını daşıyan 2 gəmi Liviya sahillərində batıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, balıqçı gəmilərinin batması nəticəsində 26 nəfər boğularaq həlak olub. Gəmidə olanlardan yalnız 4-nü xilas etmək mümkün olub.
Baş vermiş hadisə ilə bağlı yayılan xəbərləri Şarm əl Şeyxin balıq təsərrüfatı işləri üzrə rəhbəri Əhməd Əbduh Nassar da təsdiqləyib. O bildirib ki, misirli balıqçıları daşıyan gəmilər Liviya sahillərində batıb. Onun sözlərinə görə, xilas edilən 4 nəfər hazırda Liviya xəstəxanasındadır:
“Batan gəmilərlə bizim rabitə əlaqəmiz təqribən 15 gün öncə kəsilib. Gəmilərin heyətində 30 nəfər var idi. Onlar Şarm əl Şeyxin Mtobis bölgəsindən işləmək üçün Liviyaya yola çıxmışdılar”.
Hadisə ilə əlaqədar Misirin Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda gəmilərin batma səbəblərinin araşdırıldığı deyilir. Həmçinin bəyanatda gəmilərinin batırılma ehtimalının da olduğu istisna edilmir.
Vasif Həsənli
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək