Dünya
Bakı-Tiflis-Qars dəmir yolunda oğurluq
Gürcüstanın Tetri-Tskaro rayonu ərazisindəki Marabda-Kartsaxi dəmir yolunda oğurluq hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına
görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, 1984-cü il təvəllüdlü N. Qoça, 1975-ci il təvəllüdlü
A. Quram və 1986-cı il təvəllüdlü A. Cemal DİN əməkdaşları
tərəfindən saxlanılıb.
DİN-nin məlumatda bildirilib ki, dəmir yolunda oğurluq edən üç
nəfər şəxs 500 metr mis kabeli kəsib. Hadisə yerində N. Qoça
saxlanılıb. Operativ-istintaq tədbirləri nəticəsində oğurluqda
iştirak etmiş digər iki şəxs də saxlanılıb. Oğurluq edən şəxslər
günahlarını etiraf ediblər. Onların etirafına əsasən, dəmir yolunda
həyata keçirdikləri oğurluq ilk dəfə deyil. Onlar əvvəllər də
Marabda-Kartsaxi dəmir yolundan 200 metr mis kabel
oğurlayıblar.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO