Dünya
Suriya sərhədində şəhər döyüşləri üçün meydan yaradılır
Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında YDG-H-yə (PKK-nın gənclik qanadı) qarşı başlayan və 8 gün davam edən əməliyyatların detalları dəqiqləşib.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Cizrə hadisələrində dağdan enən 30 terrorçu təşkilatın gənclik qanadında təmsil olunan 200 nəfəri koordinasiya edib.
Məlumata görə, PKK-çılar 150 evi tunellə bir-birinə bağlayıb, evlərin elektrik və telefon xətlərini kəsiblər.
Təhlükəsizlik qurumları tərəfindən hazırlanan hesabatda Cizrənin bölgə və təşkilat üçün strateji əhəmiyyətinə toxunulub. Qeyd edilir ki, YPG-in (PKK-nın Suriyadakı qolu olan PYD-nin silahlı qanadı) nəzarətindəki Suriyanın Rojava bölgəsi ilə sərhəd olan Cizrə mahalı üzərindən şəhər döyüşlərinə başlamaq üçün bu mahal xüsusi olaraq seçilib.
Təhlükəsizlik güclərinin 4 sentyabrdan 12 sentyabra qədər davam etdirdiyi əməliyyatlarda 60 barrikada ilə 30 minalı xəndək məhv edilib. Qarşıdurmalarda 32 terrorçu öldürülüb, ikisi dağ heyətindən olmaqla 10 PKK-çı saxlanılıb.
Qeyd edək ki, mahalda dünən yerli vaxtla saat 19:00-dan etibarən küçəyə çıxmaq qadağan edilib.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ