Dünya
“Pijamalı kral” həbs oluna bilər - PKK-ya dəstək verdiyi üçün
Türkiyədə Doğan Media Holdinqinə PKK terror təşkilatını
dəstəkləmək ittihamı ilə cinayət işi açılıb.
Publika.az xəbər verir ki, prokuror İdris Kurt
holdinqə daxil olan “Günəş” qəzetinin 10 sentyabr 2015-ci il
nömrəsində “Al sənə sənəd” başlıqlı məqaləsinin əslində
terrorçulara məlumat ötürmək olduğunu bildirib.
Media Holdinqə daxil olan qəzet və televiziyalarda “29 avqust
2015-ci ildə Siirtdə şəhid olan əsgərlərin fotolarının senzurasız
yayılması”, “Tuncelidə öldürülən PKK-çıların fotolarına senzura
tətbiq edilməsi”, “Cüneyt Özdəmirin PKK-ya qatıldığını iddia edən
Ayşe Deniz Karacagil ilə televiziyada reportaj edilməsi” məsələləri
cinayət işinin tərkibinə salınıb.
Qeyd edək ki, Aydın Doğana məxsus media holdinqinin daha çox
Qərb dairələrinə bağlı olduğu deyilir. Vaxtilə bu şəxs Türkiyədə
hökumətlərin dəyişdirilməsində rol oynaya bilirdi. 1970-ci illərdə
Baş naziri öz evində pijama ilə qarşılaması böyük qalmaqala səbəb
olmuşdu. Lakin AKP hakimiyyətə gələndən sonra onun gücü tükəndi. A.
Doğanın holdinqi zaman-zaman Azərbaycana qarşı da ittihamlarla
çıxış edir. Bu qrup Türkiyə-Ermənistan sərhədlərinin açılmasının
qatı tərəfdarıdır.
Asif Nərimanlı
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?