Dünya
Rusiya üçün “yeni Əfqanıstan” söz verdilər: “Əsgərlərini tabutlarla...”
Suriyanın müxalifət qüvvələri Moskvaya “yeni Əfqanıstan” söz verirlər.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verirlər ki, bu barədə rejim qüvvələrinə qarşı mübarizə aparan silahlı qruplardan birinin nümayəndələri bildiriblər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya artıq Suriyaya göndərdiyi əsgərlərini tabutlarla geri almaq təhlükəsi ilə üz-üzədir. “Reuters” müxalifət güclərinin sıralarında vuruşan suriyalıların arasında sorğu keçirib. Onların sözlərinə görə, son vaxtlar hökumət qoşunlarının gücləndiyini müşahidə edirlər. Müxalifət gücləri aviazərbələrin daha dəqiq olduğunu və döyüş meydanlarında yeni zirehli texnikaların çıxdığını bildirirlər.
“Bizim hesablamalarımıza görə, rusların iştirakı ilə əlaqədar döyüşlər daha bir neçə il davam edəcək”, - silahlı qruplaşmalardan birinin iştirakçısı deyib.
Suriya müxalifəti Əsədin devrilməsində maraqlı olan Türkiyə və Səudiyyə Ərəbistanın prosesdə daha aktiv iştirakını gözləyirlər. “Rusiya münaqişənin həllində maraqlı deyil. Rusiya yalnız Əsədin saxlanılmasını istəyir. Bizi dəstəkləyən dövlətlərə gəlincə, düşünürəm ki, onlar bizə maddi və siyasi cəhətdən kömək edəcəklər”, - Azad Suriya Ordusunun nümayəndəsi söyləyib.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ