Maraq dünyası
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
Mayın 8-də Yer kürəsini güclü maqnit qasırğası vura bilər. Tədqiqatçılar daha əvvəl bildirmişdilər ki, ötən həftə sonu çox yüksək günəş aktivliyi qeydə alınıb: onlarla alışma baş verib, onlardan 20-si yüksək, ikisi isə maksimum olub.
Publika.az xəbər verir ki, alimlərin ilkin hesablamalarına görə, plazma atılması Yerə mayın 8-də çata bilər. Lakin qeyd etmək lazımdır ki, proqnoz tam dəqiq və yekun ola bilməz.
Qeyd edək ki, günəş aktivliyi tədqiqatçıları məlumatları hər üç saatdan bir yeniləyir.
Geomaqnit pozğunluğunun gücü haqqında məlumat da birmənalı deyil - o, ya orta, ya da çox güclü ola bilər. Eyni zamanda alimlər bildirirlər ki, mayın 8-dən sonra maqnit qasırğaları arasında uzun fasilə yarana bilər.
Maqnit qasırğalarının insanlara təsirinin sübut olunmamasına baxmayaraq, planet əhalisinin 50%-dən 70%-ə qədərinin onların nəticələrini hiss etdiyi bildirilir.
Bununla bağlı mütəxəssislər hava şəraitindən asılı olan insanlara oruc tutmağı tövsiyə edir. Həkimlər alkoqol və duz qəbulunu məhdudlaşdırmağı, stress və əsəb gərginliyindən uzaq durmağı, daha çox su içməyi tövsiyə edir.
Vəziyyətinizi yüngülləşdirmək üçün kifayət qədər yuxu almaq və bədəni çox yükləməmək daha yaxşıdır, ağır yağlı yeməklərdən imtina etməli, daha çox tərəvəz və meyvə yeməlisiniz.
Tural
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































