Dünya
Putin Suriya münaqişəsinin yeganə həlli yolunu göstərdi
Rusiya prezidenti Vladimir Putin Amerikanın CBS telekanalına müsahibəsində Suriya prezidenti Başar Əsədə dəstəyinin əhəmiyyətini izah edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya liderinin fikrincə, Suriya böhranını yalnız qanuni hökuməti gücləndirərək həll etmək mümkündür.
Putin etiraf edib ki, Moskvanın hədəflərindən biri hərbi münaqişədə məğlub olan prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya rəhbərliyini xilas etməkdir. Rusiya prezidenti xatırladıb ki, dövlət institutlarının dağıdılması Liviya və İraq üçün çox zərərli olub.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Əsədin devrilməsini istəməsinə gəlincə, Rusiya prezidenti Suriya xalqına müraciət etməyi tövsiyə edib: “Yalnız Suriya xalqı qərar verməlidir ki, onların ölkəsini kim və necə idarə etməlidir”.
Kreml rəhbəri onun ünvanına deyilən “Çar” sözünü də uyğun hesab etmədiyini deyib.
Qeyd edək ki, Rusiya prezidenti sentyabrın 28-də amerikalı həmkarı Barak Obama ilə görüşəcək. Görüşdə Ukrayna və Suriya məsələləri müzakirə olunacaq.
Ömər Dağlı
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"