Qəzaya uğrayan helikopterlə bağlı YENİ XƏBƏR - Türkiyə PUA-sı nəyi aşkarladı?
Bizi izləyin

Region

Qəzaya uğrayan helikopterlə bağlı YENİ XƏBƏR - Türkiyə PUA-sı nəyi aşkarladı?

Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidenti İbrahim Rəisinin qəza enişi edən helikopterinin axtarışı aparılan ərazidə istilik mənbəyi aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami də İbrahim Rəisinin helikopterinin axtarışları bölgəsində istilik mənbəyinin aşkarlandığını təsdiqləyib.

Ehtimallara görə, tapılan mənbə İran liderinin helikopterinin qalıqlarıdır. Hazırda qəza yerinə xilasetmə qruplarının göndərildiyi bildirilir.

Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm