Dünya
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək - 68 avro
Siqaret kötüyünü küçəyə atdın – 68 avro cərimə ödə. “Sevgililər şəhəri”nin daha da təmiz və gözəl olması üçün Fransa paytaxtının hökuməti belə tədbirə əl atıb.
Azərtac "Euronews" telekanalına istinadla xəbər verir ki, cərimə sistemi oktyabrın 1-dən qüvvəyə minib.
Şəhər administrasiyası nümayəndəsinin sözlərinə görə, Paris küçələrindən hər il 350 ton siqaret kötüyü yığılır. Onlara hər yerdə - səkilərdə, bağçalarda, çəmənlikdə və hətta uşaqların oynadığı qum meydançalarında rast gəlmək olar. Məhz bu səbəbdən hökumət Parisi sevənlərin hamısını siqaret kötüklərini yerə atmamağa çağırır.
Fransızlar üçün 68 avro kiçik məbləğ deyil. Bu pulla 10 qutu siqaret almaq olar. Cərimə Paris sakinlərini və qonaqları şəhəri zibilləməkdən çəkindirə bilər.
Bu il şəhər hökuməti Parisdə külqabı quraşdırılmış 30 min əlavə zibil qutusu yerləşdirib. Görülən tədbirlər nəinki şəhəri təmiz saxlamaq, həmçinin küçələrdən zəhərli tullantıları yığışdırmaq məqsədi daşıyır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ