ABŞ Rusiya vətəndaşlarını terrorçuların siyahısına saldı
Bizi izləyin

Dünya

ABŞ Rusiya vətəndaşlarını terrorçuların siyahısına saldı

ABŞ Rusiyanın üç vətəndaşını terrorçularla əlbir olmaqda ittiham edərək “qara siyahı”ya salıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

Rusiya vətəndaşları İŞİD və “İmarat Qafqaz” (“Qafqaz Əmirliyi”) təşkilatları ilə əlaqələrdə ittiham edilir. Maliyyə Nazirliyinin bəyanatına görə, İslam Atabiyev Qaraçay-Çərkəz Respublikasında yaşayan müsəlmanları İŞİD-ə qoşulmağa çağırır. Onun İŞİD-ə tərəfdarlar toplamaq üçün məktəb açdığı bildirilir. “Atabiyev rusdilli KİV-lərdə İŞİD-in təbliğatını aparır. O, 2015-ci ilin iyununda “Furat Media”nın əsasını qoyub və özünü İŞİD-in rəsmi nümayəndəsi elan edib”, - xəbərdə deyilir.

Əhməd Çatayev Amerika və Türkiyənin obyektlərinə hücumları planlaşdıran döyüşçülər qrupunun iştirakçısıdır. Zaurbek Quçayev Suriyadakı terrorçularla və “İmarat Qafqaz”la əlaqədə ittiham edilir.

Məlumata görə, ABŞ-da bu şəxslərlə əlaqələr qadağan edilir, aşkar ediləcəyi halda onların aktivləri dondurulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm