Rusiya İraqa qoşun yeridir
Bizi izləyin

Dünya

Rusiya İraqa qoşun yeridir

Əgər rəsmi Bağdad bizdən yardım istəyərsə, İraqda hava əməliyyatını nəzərdən keçirə bilərik.

Axar.az xəbər verir ki, bunu Əmmanda İordaniya rəsmiləri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Baş nazir Heydər İbadi də ötən həftə Rusiyanın İraqda İŞİD hədəflərinə qarşı əməliyyat keçirməsinin tərəfdarı olduğunu bildirmişdi.

Qeyd edək ki, Rusiya Bəşər Əsədin kömək tələbindən sonra sentyabrın 30-da Suriyada radikal təşkilatlara qarşı hava əməliyyatlarına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm