Həcc ziyarətindəki faciədə İsrail izi
Bizi izləyin

Dünya

Həcc ziyarətindəki faciədə İsrail izi

Məkkədəki faciənin İsraillə bağlantısı ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həcc ziyarətinin təhlükəsizliyi İsrailin “G4S” şirkətinin nəzarətindədir.

Bu şirkət hacıların Ciddədən Məkkəyə daşınması ilə yanaşı, milyonlarla hacının barmaq izi və fotoşəkilləri kimi digər şəxsi məlumatları da saxlama hüququna malikdir.

Qeyd edək ki, “əl-Əkbər” qəzetinin 7 noyabr 2013-cü il buraxılışında həccin təhlükəsizliyinin 2010-cu ildən bəri İsrailə məxus bir şirkət tərəfindən təmin olunduğu yazılıb. Əlavə olaraq bildirilir ki, İsrail həbsxanalarında fələstinli məhkumlara işgəncə tətbiq edən “Əl-Majal G4S” kağız üzərində ingilis-Danimarka şirkəti kimi tanınır.

Xatırladaq ki, bu il həcc ziyarəti zamanı zəvvarlar 2 böyük faciə ilə üzləşiblər. Qaldırıcı kranın aşması nəticəsində 110, Mina dağındakı izdihamda isə 769 nəfər dünyasını dəyişib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm