Ömər əl-Şişani növbəti dəfə öldürüldü
Bizi izləyin

Dünya

Ömər əl-Şişani növbəti dəfə öldürüldü

İraqın Ənbar vilayətinin Karabilə bölgəsində İŞİD terror təşkilatının liderlərinin olduğu avtomobil karvanına endirilən aviazərbələr nəticəsində təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin üç müavini həlak olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onlar əl-Şişani, əl-Suri və əl-Karbulidir.

İŞİD liderinin özünün isə ağır yaralandığı bildirilir. Onun İŞİD-in nəzarətində olan Əlbukəmal şəhərindəki bir xəstəxanada yüksək təhlükəsizlik tədbirləri altında müalicə olunduğu təxmin edilir.

Öldürüldüyü iddia edilən müavinləri arasında ən nüfuzlusu Ömər Əl-Şişani hesab olunur. Onun öldürülməsi haqqınmda məlumatlar dəfələrlə yayılsa da, bu məlumatlar hər dəfə təkzib edilib. Sonuncu dəfə ötən ilin noyabrında Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İnstaqram” səhifəsində əl-Şişaninin öldürüldüyünü xəbər verib, sübut kimi göstərdiyi bir şəkli yerləşdirmişdi. Lakin sonradan onun sağ olduğu məlum olub.

ABŞ-ın "beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan liderinin başına pul qoymuşdu. Əl-Şişani ötən ilin sentyabrında internetdə yayılan bir videoçarxda “Allahın mərhəməti” ilə Qafqazı, o cümlədən bütün Qafqazı “azad edəcəyi”ni bildirmişdi. Kadırov isə cavabında Rusiyanın, konkret olaraq Çeçenistan Respublikasının bütün düşmənlərini cəhənnəmə göndərəcəyinə söz vermişdi.

Suriyaya gəldikdən sonra Əbu Ömər əl-Şişani adını alan “Çeçen” 1986-ci ildə Gürcüstanda doğulub. Şişani İŞİD-in Suriyadakı komandiri olaraq tanınır. Onun İŞİD-in Kobani əməliyyatına rəhbərlik etdiyi iddia olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm