Dünya
Rusiya təyyarəsini kim vurub? - AÇIQLAMA
Misirdə qəzaya uğramış Rusiyaya məxsus “Airbus A321” təyyarəsi İŞİD tərəfindən vurula bilməz, çünki onun belə bir silahı yoxdur.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikri təyyarənin terrorçular tərəfindən vurulması versiyasını şərh edən ekspert, hərbi jurnalın baş redaktoru İqor Korotçenko söyləyib. Onun fikrincə, İŞİD-in əlində səyyar zenit raket kompleksləri ola bilər. Lakin bu kompleks 10 kilometr yüksəklikdəki təyyarəni vurmaq iqtidarında deyil, bu, istisnadır. Onun yetişə biləcəyi maksimum hündürlük 4,5 kilometrdən çox deyil.
Qəzanın mühərrikdəki nasazlıq səbəbindən baş verməsinin mümkünlüyünə dair versiyanı da şərh edən ekspert deyib ki, buna “Airbus” tipli laynerlərdə çox nadir hallarda təsadüf edilir. Əgər belə olsaydı, ekipaj yaranmış vəziyyəti yerdəki dispetçerlərlə müzakirə edə bilərdi, qəza bu cür ani baş verməzdi.
Xatırladaq ki, oktyabrın 31-də səhər Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin qalıqları Sinay vilayətinin mərkəzi hissəsində aşkarlanıb. Təyyarədəki insanların hamısı həlak olub. Faciə ilə bağlı Rusiyada matəm elan olunub.
Son məlumata görə, təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib.
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO
-
Cənubi Qafqaz2 İyun 19:36
Ermənilər gürcü xəngəlinə də "ƏL QOYDULAR" - FOTO