SSRİ işğalına görə kompensasiya tələb edilir
Bizi izləyin

Dünya

SSRİ işğalına görə kompensasiya tələb edilir

Latviya, Litva və Estoniyanın ədliyyə nazirləri əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, memorandumda Rusiyadan sovet işğalına görə zərərin ödənilməsinin tələb olunması əksini tapıb.

Estoniyanın ədliyyə naziri Urmas Reynsalu bildirib ki, iddiaların Moskvaya təqdim olunması üçün bütün vacib şərtlər var. ”Beynəlxalq hüquqa əsasən, işğala görə zərəri tələb etmək olar. Bu həm maddi ziyanın kompensasiyası, həm də üzr şəklində mümkündür”, - Estoniya Ədliyyə Nazirliyinin başçısı qeyd edib.

Baltiyanı ölkələrin hakimiyyəti ilkin mərhələdə işğal nəticəsində yaranan zərəri hesablamaq niyyətindədirlər. Bundan sonra Riqa, Tallin və Vilnüs kompensasiya tələbi ilə hüquqi instansiyalara müraciət edəcək.

Qeyd edək ki, SSRİ qoşunları Baltikyanı respublikalarının ərazisinə 1940-cı ilin yayında daxil olub. Bu hadisə Baltikyanı respublikalar tərəfindən birmənalı olaraq “işğal” kimi qiymətləndirilir. SSRİ-nin hüquqi varisi olan Rusiya isə “sovet işğalı" tezisi rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm