Partlayış versiyası təsdiqlənir: Obamadan açıqlama
Bizi izləyin

Dünya

Partlayış versiyası təsdiqlənir: Obamadan açıqlama

ABŞ prezidenti Barak Obama Misirdə Rusiyanın "Airbus 321" laynerinin qəzaya uğraması ilə bağlı səslənən terror versiyasını şərh edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı partlayıcının avialaynerin içinə yerləşdirilməsinin ciddi versiya olduğunu bildirib.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Qəzanın səbəbləri arasında terror versiyası yüksək qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm