Kemeron Qərbə səsləndi: Putinə qarşı sərt olun, onu kənara tullayın
Bizi izləyin

Dünya

Kemeron Qərbə səsləndi: Putinə qarşı sərt olun, onu kənara tullayın

Qərb Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmalıdır.

Publika.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri və hazırkı xarici işlər naziri Ceyms Kemeron deyib.

Britaniya diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, ölkə “siyasi iradə döyüşündədir” və London öz müttəfiqləri ilə birlikdə “rəqiblərini” məğlub etməlidir. Kemeron əlavə edib ki, Qərb Putini kənarda oturtmalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır.

“Rusiyaya yaxın olan ölkələr Ukraynada baş verənləri görürlər və düşünürlər ki, görəsən növbəti qurban olacaqlarmı?”, - deyə siyasətçi bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm