Cinsi orqandan kolleksiya yığan şəxsin məhkəməsi başladı - VİDEO
Bizi izləyin

Dünya

Cinsi orqandan kolleksiya yığan şəxsin məhkəməsi başladı - VİDEO

Bu ilin sentyabr ayında evindəki soyuducuda 21 qadının cinsi orqanı tapılan danimarkalı ilk dəfə məhkəmə qarşısına çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında yaşayan 63 yaşındakı Peter Frederiksen polisə verdiyi ilk ifadəsində cinayət əməllərindən əvvəl qurbanlarına sakitləşdirici verdiyini söyləyib.

Frederiksenin 28 yaşındakı həyat yoldaşı Anna Matseliso Molize polisə verdiyi ifadəsində həyat yoldaşının ona narkotik maddə verərək cinsi orqanından bir hissə kəsdiyini söyləmişdi. Ancaq qadın məhkəmədə şahidlik edə bilmədən oktyabr ayının sonunda evinin yaxınlığında öldürülüb.

Peter Frederiksenin qurbanlarının kimlər olduğu və yaşayıb-yaşamadıqları isə məlum deyil. Silah dükanının sahibi olan Frederiksen ilk “əməliyyat”ını 2010-cu ildə həyata keçirib. O, qurbanı olan bir qadının şikayətindən sonra saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm