Səudiyyənin Suriyadakı gizli PLANI
Bizi izləyin

Dünya

Səudiyyənin Suriyadakı gizli PLANI

Səudiyyə Ərəbistanının Suriyadakı müxalif qruplara verdiyi dəstək nəticəsində Bəşər Əsədə sadiq qüvvələrin irəliləyişi dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Əhraru Şam qruplaşması və müttəfiqləri Həma şəhəri yaxınlığındakı Atsan qəsəbəsini ələ keçirərək Əsəd qüvvələrini geri çəkilməyə məcbur edib.

Eyni zamanda bundan əvvəl müxalif qüvvələr Morek qəsəbəsi və Lazkiyə şəhərinin bir sıra məntəqlərini ələ keçirmişdi.

Digər tərəfdən, Livan “Əl Manar” telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Suriya müxalifətinə silah yardımı daha da artıb. Qeyd edilib ki, Səudiyyədən müxaliflər üçün ABŞ istehsalı olan “TOV” tipli raketlər göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm