Dünya
Prezident yeni baş nazir təyin etdi
Rumıniya Prezidenti Klaus Yohannis noyabrın 10-da Daçian Çoloşu Rumıniyanın yeni Baş naziri vəzifəsinə təsdiq edib.
Prezident ölkənin hazırkı vəziyyətdə texnokrat, müstəqil, heç bir qalmaqalda adı çəkilməyən Baş nazirə ehtiyacı olduğu üçün məhz D.Çoloşun namizədliyinin bu vəzifəyə uyğun gəldiyini bildirib. Yeni təsdiq edilmiş Baş nazir 2016-cı ilin sonunda keçiriləcək parlament seçkilərinə qədər hökumətə rəhbərlik edəcək.
Heç bir partiyanın üzvü olmayan D.Çoloş 2007-2008-ci illərdə kənd təsərrüfatı naziri, 2010-cu ildə isə kənd təsərrüfatı və çöl inkişafı üzrə Avropa komissarı vəzifələrində çalışıb. Bu il Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Daçian Çoloşu ərzaq təhlükəsizliyi üzrə xüsusi müşavir vəzifəsinə təyin edib.
Xatırladaq ki, Rumıniyanın sabiq Baş naziri Viktor Ponta Buxarestin “Kolektiv” klubunda bir neçə nəfərin həlak olması və xəsarət alması ilə nəticələnən faciədən sonra istefa verib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ