ŞOK MESAJ: “Hər kəsin başını kəsirlər” - VİDEO
Bizi izləyin

Dünya

ŞOK MESAJ: “Hər kəsin başını kəsirlər” - VİDEO

Yüzdən çox adamın həyatını itirdiyi Parisin “Bataclan” konsert salonundakı girovlardan biri içəridə yaşanan dəhşəti “Facebook”dan paylaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı ağır yaralanan Benjamin Cazenoves adlı şəxs qəfil hücumla qarşılaşdıqlarını yazıb.

“Hələ də burdayam, birinci mərtəbədəyəm. Ağır yaralandım. Çox sürətli hücum etdilər. İçəridə hələ yaşayanlar var. Bir-bir hər kəsin başını kəsirlər. Hər yerdə ölü bədənlər var”, - o, yazıb.

Qeyd edək ki, Paris bələdiyyə başçısının köməkçisi konsert salonunda ən az 118 nəfərin öldürüldüyünü açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm