Dünya
Təyyarə qalmaqalında yeni DETAL: Türk pilot...
Rusiyanın SU-24 təyyarəsini vuran türkiyəli pilot vurmaq qərarını özü verib.
Publika.az xəbər verir ki, “Hüriyyet” qəzetinin əldə etdiyi məlumatda Türkiyənin F-16 təyyarəsinin pilotunun hava məkanını pozan Rusiya təyyarəsini əmr almadan vurduğu deyilir. Belə ki, F-16 pilotu Hava Qüvvələri Komandanlığından təyyarəni “Vurma” əmri gəlmədiyi üçün, vurmaq qərarını özü verib. Türkiyə Hava Qüvvələrinin qaydalarına görə, belə məqamlarda pilota qərar vermək səlahiyyəti verilir.
Qeydə alınan danışıqlarda Türkiyə tərəfinin Rusiya təyyarəsinə xəbərdarlıq edildiyi aydın görünür. Həmçinin, buna qədər Türkiyə tərəfi Rusiyaya hava məkanının pozulması ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, indiyə qədər bu məsələ ilə bağlı 5 dəfə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş keçirilib.
Türkiyə Hərbi Hava Qüvvələri Suriya sərhədində uçan F-16 təyyarələrinin sayını 18-ə çatdırıb.
Asif
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi