ABŞ ŞOKDA: Kaliforniyada İŞİD laboratoriyası - VİDEO
Bizi izləyin

Dünya

ABŞ ŞOKDA: Kaliforniyada İŞİD laboratoriyası - VİDEO

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) bombaların istehsal olunduğu laboratoriyanı tapıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, laboratoriya Kaliforniya ştatının San-Bernardino şəhərində 14 insanı güllələyən ər-arvadın - Sayed Rizvan Faruk və Taşfin Malikin evində aparılan axtarışlar nəticəsində aşkarlanıb.

FTB-nin Los-Anceles bölməsinin direktor müavini Devid Bouiça laboratoriyada 19 ədəd əldəqayırma partlayıcı qurğunun tapıldığını bildirib. FTB-nin nümayəndəsinin sözlərinə görə, istintaq terror aktının kimlərin göstərişi ilə həyata keçirildiyini hələ müəyyənləşdirə bilməyib.

Xatırladaq ki, terror aktı dekabrın 2-də baş verib. İki avtomat və iki tapança ilə silahlanan ər-arvad 14 nəfəri öldürüb, 21-i isə yaralayıb. Onlar hadisədən bir neçə saat sonra polislə atışmada öldürülüb.

Taşfin Malik terror aktından bir neçə saat əvvəl “Facebook” səhifəsində İŞİD terror qruplaşmasına dəstəyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm