Rəsmi xronika
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Publika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
-
Dünya13:01
Bundestaq Olaf Şoltsa Rusiya ilə bağlı ultimatum verdi
-
Sosial12:28
SOCAR-dan "İsrailə neft satır" iddialarına REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO