İŞİD-dən London üçün Paris PLANI
Bizi izləyin

Dünya

İŞİD-dən London üçün Paris PLANI

İŞİD İngiltərədə Parisdəki terrorun bənzərini törətmək üçün Birləşmiş Krallıqda yaşayan gələcək cihadçılara çağırış edib.

Publika.az xarici mediaya istinadən bildirir ki, İŞİD növbəti terror hücumları planını həyata keçirmək üçün cihadçıları avropalılardan fərqlənməməyə çağırıb. Hətta bu məqsədlə “Tənha canavar mücahidlər üçün ehtiyat və təhlükəsizlik Qaydaları” adlı 58 səhifəlik təlimat kitabçası da hazırlayıb.

Üz qabığında yanan evlərin təsviri olan kitabçada deyilir ki, terror hücumlarının son dərəcə təsirli olması üçün onun gözlənilməzliyi vacibdir.

Təlimatlar Britaniyada doğulmuş və potensial olaraq cihada qoşulmaq istəyən yeniyetmələrə və gənclərə ünvanlanıb.

Kitabça gənc cihadçılara məsləhət görür ki, musiqinin ucadan səsləndiyi və sərxoş insanların gur olduğu yerlər, misal üçün, gecə klubları terror basqınlarını gerçəkləşdirmək üçün ən münasib məkanlardır.

Ərəb dilindən ingilis dilinə tərcümə edilmiş kitabçada daha sonra deyilir: “Küçəyə çıxarkən müsəlman əbası geyinməyin, özünüzlə təsbeh və ya Quran gəzdirməyin. Biz sizə boynunuzda xristian xaçı gəzdirmək icazəsi veririk. Əgər pasportdakı adınız müsəlman mənşəlidirsə, xaç gəzdirməyin, çünki bu, şübhəli görünə bilər. Salaməleykümü, bərəkallahı unudun. Üstünüzə müsəlmanların işlətdiyi alkoqolsuz ətirləri yox, hamının istifadə etdiyi alkoqollu ətirlərdən vurun. Saatı sağ biləyinizə taxmayın, bu, möminlik əlamətdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm