Dünya
Türkiyədə "Twitter" qadağası ləğv olunur
Ankara İdarə Məhkəməsi "Twitter" qadağası ilə bağlı verilən qərarının icrasını dayandırıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Barolar Birliyi, Ankara Barosu, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-li Oktay Vural Twitter qadağanının aradan qaldırılması üçün idarə məhkəməsinə müraciət edib.
Şikayət ərizələrində məhkəmə qərarının bütünlüklə "Twitter"ə deyil bəzi linklərə istiqamətli olduğu vurğulanıb.
Bu qərardan sonra Türkiyədə "Twitter"ə girişə qoyulan qadağanın qaldırılması gözlənilir.
Qeyd edək ki, Türkiyədə dünyanın ən populyar sosial şəbəkələrindən sayılan “Twitter” bir həftə öncə bağlanılıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, “"Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ