İsrail və Türkiyə arasında 7 ildən sonra bir ilk
Bizi izləyin

Dünya

İsrail və Türkiyə arasında 7 ildən sonra bir ilk

Türkiyənin baş naziri Əhməd Davudoğlu Davos İqtisadi Forumunda israilli həmkarı Benyamin Netanyahu ilə görüşə bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioth Ahronoth” qəzetinin internet saytı çıxış edib.

İddia Ankara və Təl-Əviv tərəfindən nə təsdiq, nə də təkzib olunub. Görüş baş tutsa, bu iki ölkə arasında 7 illik fasilədən sonra ilk yüksək səviyyəli təmas olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə İsrail və Türkiyənin bir-birinə ehtiyacının olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm