Səudiyyə - Türkiyə ittifaqı Rusiya ilə müharibəyə başlayır - FAKTLAR
Bizi izləyin

Dünya

Səudiyyə - Türkiyə ittifaqı Rusiya ilə müharibəyə başlayır - FAKTLAR

Səudiyyə Ərəbistanı öz hərəkətlərini Türkiyə ilə uyğunlaşdıraraq İŞİD terror qruplaşması ilə mübarizə üçün Suriyaya qoşunlarını göndərə bilər.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.

Nəşrin yazdığına görə, Krallığın müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri Səudiyyənin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. “The Guardian” qeyd edib ki, ABŞ Müdafiə Nazirliyinin başçısı Eşton Karter Ər-Riyadın bəyanatını dəstəkləyib və bildirib ki, quru əməliyyatlar haqqında məsələ gələn həftə Brüsseldə səudiyyəli məmurlarla müzakirə ediləcək.

Britaniya nəşri Ər-Riyaddakı mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı quru əməliyyatlarında iştirak etmək üçün Suriyaya xüsusi təyinatlı bölmələrin bir neçə min əsgərini göndərə bilər.

Nəşrin mənbəyinin məlumatına görə, Səudiyyə Ərəbistanı, ehtimal ki, hərəkətlərini Türkiyə ilə koordinasiya etməyə hazırlaşır. Bildirilir ki, Ər-Riyad və Ankara bir neçə həftə əvvəl hərbi hərəkətlərin koordinasiyasına cavabdeh olan orqan yaradıb.

Dünən isə Rusiyadan “The Guardian” nəşrinin iddiasını gücləndirəcək bəyanat gəlib. Söhbət konkret olaraq Türkiyənin Suriyaya müdaxiləsindən gedir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Türkiyə-Suriya sərhədində baş verənlər Türkiyənin Suriyaya müdaxiləyə hazırlaşdığını deməyə əsas verir.

Onun sözlərinə görə, Türkiyə Suriyaya müdaxilə üçün intensiv hazırlıq görür.

“Ankaranın Rusiya müşahidəçilərinin uçuşuna qadağa qoymaqla Suriya ilə sərhəddə baş verənləri gizlətmək mümkün olacağını düşünməsi qeyri-peşəkardır. Biz suveren dövlətin ərazisinə hərbi müdaxilə üçün Türkiyənin intensiv hazırlığından şübhələnmək üçün ciddi əsaslara malikik”, - Konaşenkov jurnalistlərə bildirib.

Qeyd edək ki, Açıq Hava Məkanı Müqaviləsi çərçivəsində 1-5 fevral tarixləri arasında Rusiyanın An-30B təyyarəsi Türkiyə üzərində müşahidə uçuşları həyata keçirməli idi. Lakin Ankara uçuşların həyata keçirilməsinə icazə verməyib.

Türkiyə Xarici İşlər Nazirliyindən isə bu ittihama cavab olaraq bildirilib ki, Moskva Suriyada törətdiyi cinayətlərdən diqqəti yayındırmaq üçün sözügedən iddialarla çıxış edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm