Dünya
Madonna və Cennifer Lopesdən Türkiyəyə 12 milyardlıq yardım
Rusiyanın Türkiyəyə turist axınına qoyduğu embarqodan sonra bu ölkəyə dəyən 11 milyardlıq ziyanı Ankara hökuməti dünyanın tanınmış pop ulduzlarının konsertindən çıxaracaq.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyənin turizm mərkəzi olan Antalyada bu yay mövsümü tanınmış dünya ulduzları Madonna, Cennifer Lopes və Castin Biber böyük konsert proqramı ilə çıxış edəcəklər.
Antalya Ticarət və Sənaye Evinin (ATSO) rəhbəri Davud Çətin bildirib ki, dünya ulduzlarının bu konserti Antalyada turizmi daha da canlandıracaq. O, bu konsertlərdən sonra ölkəyə turizmdən təqribən 12 milyard dollar vəsait daxil olacağını və bununla da Rusiya turistlərindən itirilən vəsaitin yenidən qazanılacağını söyləyib: “Bundan başqa, Türkiyədə turistlərin sayını daha da artırmaq üçün Antalyada beynəlxalq ticarət yarmarkası təşkil etmək olar. Bunun üçün də ilk növbədə güclü “PR menecer” işləri aparılmalı və bu sahəyə ən azı 500 milyon dollar büdcə ayrılmalıdır”.
Vasif Həsənli
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ