Rusiyada şaxta qəzası – 48 nəfər dağıntılar altında qalıb
Bizi izləyin

Dünya

Rusiyada şaxta qəzası – 48 nəfər dağıntılar altında qalıb

Rusiyanın Komi Respublikasının Vorkuta şəhərində yerləşən “Şimal” kömür mədənində qəza baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təxminən 40 nəfər yerin səthinə çıxarılıb.

Qəza vaxtı şaxtada 88 nəfər olub. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional baş komitəsindən bildirilib ki, axtarış-xilasetmə tədbirləri davam edir. Hadisə yerinə xilasedicilərin operativ qrupu və hərbiləşdirilmiş dağlıq xilasediciləri cəlb olunub.

Zərərçəkənlər haqqında informasiya dəqiqləşir. Hadisə vaxtı şaxtaçılar yerin təxminən 1 kilometr dərinliyində olublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm