
ABŞ YPG-ni (PKK-nın Suriya qolu olan PYD-nin silahlı
qanadı) yenə də terror təşkilatı adlandırmaqdan
çəkinib.
Publika.az xəbər verir ki, ABŞ Dövlət katibinin
sözçüsü Mart Toner YPG ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan
edib.
Onun sözlərinə görə, YPG-nin PKK-ya bağlı olub-olmadığı haqda
Türkiyə ilə fikir ayrılıqları var: “Hazırda bu məsələ üzərində
qızğın müzakirələr gedir”.
Lakin o həm də ABŞ-ın YPG-ni terror təşkilatı kimi tanımaq
fikrində olmadığını dilə gətirib.
“Hansısa təşkilatın terrorçu olduğunu aydınlaşdırmaq üçün vaxt
lazımdır. YPG ilə bağlı o nöqtədə deyilik. Onları terror təşkilatı
kimi qəbul etmirik”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror aktının
PYD/YPG tərəfindən həyata keçirildiyi təsdiqlənib.
Asif