ABŞ-dan yoxsul ölkələrə böyük zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan yoxsul ölkələrə böyük zərbə

“Apple” və “Microsoft” kimi nəhəng şirkətlərin də daxil olduğu 50 şirkətin ABŞ hökumətinə vergi ödəməmək üçün ofşorda (off-shore) açdığı hesablar ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu yöndə “Oxfam”ın hazırladığı hesabata görə, həmin şirkətlər hər il lobbiçilik fəaliyyətlərinə yüz milyonlarla dollar xərcləyirlər. Vergi qaçaqçılığının ABŞ iqtisadiyyatına hər il 111 milyard dollar zərər vurduğu qeyd edilən hesabatda bildirilir ki, hazırda dünyadakı 62 nəfərin ümumi var-dövləti 3,6 milyard insanın sərvətinə bərabərdir. Bu dünya əhalisinin yarısına bərabərdir.

Hesabatda, sözügedən 50 şirkətin lobbiçilik fəaliyyətləri üçün sərf etdiyi hər bir dolların müqabilində vergi sərbəstliyindən 130 dollar istifadə etdiyi məlumatı yer alır. Bu şirkətlərin yenə lobbiçilik fəaliyyətləri üçün xərclədiyi hər bir dollara qarşılıq ABŞ federal kredit, kredit zəmanətləri və xilasetmə paketlərindən də 4 min dollardan çox fayda götürdükləri vurğulanır.

“Oxfam”ın hesabatında deyilir ki, vergi qaçaqmalçılığı hər il yoxsul ölkələrdən 100 milyard dolların çıxarılmasına səbəb olur. Bu da təhsil, səhiyyə, infrastruktur kimi əhəmiyyətli investisiyaların qoyulmasını əngəlləyir və yoxsulluğu artırır.

Təşkilatın siyahısında texnologiya nəhəngi “Apple” birinci yerdədir. Şirkətə məxsus 181 milyard dollar dörd fərqli ofşor təşkilatda saxlanılır. Şirkətin bu günə qədər 21 milyard dollar vergi sərbəstliyindən istifadə etdiyi bildirilib.

“General Electric” ikinci sırada yer alır. Ümumilikdə, 119 milyard dolların 18 fərqli ofşor təşkilatında olduğu və 161 milyon dolların lobbiçilik fəaliyyətləri üçün xərclədiyi, 40 milyard dolların vergi sərbəstliyindən, 28 milyard dollar da federal kredit, kredit zəmanətləri və xilasetmə paketlərindən istifadə etdiyi bildirilib.

Üçüncü sırada “Microsoft” gəlir. Şirkət 108 milyard dollarları beş fərqli ofşor təşkilatında saxlayır. 22 milyard vergi sərbəstliyindən istifadə edir. Lobbiçilik fəaliyyətləri üçün 57 milyon dollar xərcləyir. Siyahıda yer alan digər Amerikalı şirkətlər arasında “Coca-Cola”, “Pepsi”, “Walt Disney”, “Procter & Gamble” kimi dünyaca məhşur böyük şirkətlər də var.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm