Ançelotti "Bayern"lə oyununun qəhrəmanını görün kimin təkidindən sonra meydana buraxıb - VİDEO
Bizi izləyin

İdman

Ançelotti "Bayern"lə oyununun qəhrəmanını görün kimin təkidindən sonra meydana buraxıb - VİDEO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində baş tutan "Real" - "Bayern" oyunu ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Publika.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti görüşün qəhrəmanı olan hücumçu Xoselunu meydana buraxmaq fikrində olmayıbmış. O, ancaq köməkçisi və oğlu Davidin təkidindən sonra görüşün taleyini dəyişən ispaniyalı futbolçunu əvəzetmədən oyuna daxil edib. Bu barədə AS məlumat yayıb.

81-ci dəqiqədə meydana daxil olan Xoselu matçın 88-ci və 91-ci dəqiqələrində fərqlənib. Bununla da "Real" turnirin finalına vəsiqə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm