Dünya
Ərdoğandan Davudoğlu açıqlaması: “Mən dövlətin başıyam”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd
Davudoğlunun istefasına münasibət bildirib.
Publika.az xəbər verir ki, Ərdoğan bu işin
uzanmasının zərərli olacağını deyib: “Baş nazir partiyanı qurultaya
götürəcəm dedi. Mən də bildirdim ki, xeyirli olsun. Bu bir mübarizə
yoludur. Mən postu ona verdiyim kimi, o da başqasına verəcək. Bu
işin uzanması zərərli olacaqdı. Biz hər zaman özümüzü yeniləyərək
güclənən hərəkatıq. Bu günə qədər heç kim birliyimizi poza bilmədi,
bundan sonra da poza bilməz”.
Ərdoğan qeyd edib ki, baş verənlər sistemin problemidir və bunun
ölkə üçün heç bir təhlükəsi yoxdur: “Mən partiyanın yaradıcı
sədriyəm, amma ora üzv ola bilmirəm, bütün əlaqəm kəsilib. Bu doğru
deyil. Dövlət içində ikili rəhbərlik olur. Baş komandanlıq
vəzifəsini mən daşıyıram, amma konstitusiyaya görə Baş qərargah
rəisi də hökumətə bağlıdır. Mən dövlətin başıyam. Həm Baş Komandan,
həm də dövlət başçısıyam. Dövlət orqanları buna görə hərəkət
etməlidir. Mənim yerimdə başqası olsa da, bu belə olacaq. Burada
sistematik problem var”.
Asif
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO