Dünya
Ruslar Türkiyə mülklərini satmağa başladı
Rusiya vətəndaşları Türkiyədə olan daşınmaz əmlaklarını satmağa başlayıblar.
Publika.az xəbər verir ki, bunu Türkiyə İnşaat Podratçıları Federasiyasının rəhbəri Deniz Karataş bildirib. Onun sözlərinə görə, bunlar əsasən Rusiya höküməti ilə bağlı iş adamları və məmurlardır.
Türkiyədə evi və torpaq sahələri olan Rusiyalı məmurlar dövlətin qorxusundan buradakı əmlaklarını satmağa başlayıblar. İki ölkə arasında yaranan siyasi gərginlikdən çəkinən rus iş adamları isə əmlaklarını inandıqları şəxslərə etibar edərək öz adlarından çıxarırlar.
Belə ki, onlar var-dövlətləri siyahısında Türkiyədəki əmlaklarının diqqət çəkməsini istəmirlər. D.Karataş bildirib ki, amma bu müvəqqəti bir prosesdir: “Varlı ruslar da bilirlər ki, siyasi gərginlik çox çəkməyəcək”.
Onun sözlərinə görə, amma əmlak bazarında və tikinti sektorunda hər hansı bir panika yaranmayıb: “ Turizm, kənd təsərrüfatı sektoru ilə yanaşı, daşınmaz əmlak bazarında da yaranan çətinlik müvəqqətidir. Çünki ruslar Türkiyədən imtina edə bilməzlər”.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO