Dünya
Qadın ərini İŞİD üsulu ilə öldürmək üçün adam tutdu
İngiltərədə Türkiyə əsilli bir qadın ərini İŞİD üsulu ilə öldürmək üçün adam tutub.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əri kürd olduğu üçün N.T adlı qadın onu bu üsulla öldürərək, məsələyə siyasi don geyindirmək istəyib.
Bunun üçün o, bir nəfərlə görüşüb və ərinin boğazını bıçaqla kəsərək öldürməsini istəyib. Həmin şəxslə bunun qarşılığında 5 min sterlinq ödəyəcəyi ilə bağlı razılaşıb.
Məhkəmədə ifadə verən qadın bildirib ki, boğazı kəsilərək öldürülsə, hər kəs bunu bir oğurluq və ya siyasi hücum olacağını düşünəcəkdi. Nəticədə, ilk ağla gələn isə İŞİD hücumu olacaqdı.
Lakin işlər heç də qadının istədiyi kimi getməyib. Qadının ərini öldürmək üçün danışdığı və taksi sürücüsü zənn etdiyi adam əslində polis olub. Bununla da onun istəyi gerçəkləşməyib.
Qadının ərini öldürmə səbəbi isə başqa bir adamla münasibətinin olmasıdır.
Məhkəmənin qərarı ilə N.T altı il həbs cəzasında məhkum edilib.
Gülxar
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...