Dünya
Merkel və Olland söz verdi – sanksiyalar uzadılacaq
Ukrayna prezidenti Pyotr Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniyanın federal kansleri Angela Merkellə telefon söhbəti edib.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, telefon söhbətində Donbasdakı vəziyyət və Rusiyaya qarşı sanksiyalar müzakirə olunub.
Həmsöhbətlər təsdiq ediblər ki, Pasxa bayramı ərəfəsində atəşin dayandırılması haqqında əldə olunan razılaşmaya baxmayaraq, Donbasda vəziyyət mürəkkəb olaraq qalır. Poroşenko qeyd edib ki, terrorçulara silahın çatdırılmasının dayandırılması üçün sərhədin bütün sahələrinə (Rusiya-Ukrayna sərhədi –red.) ATƏT-in müşahidəçilərinin girişi vacibdir.
Poroşenko, Olland və Merkel razılaşıblar ki, təhlükəsizliyin təmin olunması münaqişənin siyasi həlli əsas əsas şərtdir.
Poroşenko həmçinin Ukraynanın şərqində silahlı polis missiyasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, ATƏT-ə sədrlik edən Almaniyadan xahiş edib ki, təkliflərin hazırlanmasını sürətləndirsin.
Poroşenko, Olland və Merkel telefon söhbətində həmçinin Yaponiyada keçiriləcək G7 sammiti ərəfəsində Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında mövqelərini uyğunlaşdırıblar.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi