Dünya
Qəzaya uğrayan təyyarənin yeri müəyyənləşdi
Mayın 19-da Paris-Qahirə səfərini həyata keçirən zaman Aralıq dənizinə düşən Misir Hava Yollarına (Egypt Air) aid “Airbus A320” model sərnişin təyyarəsinin yerini müəyyən edən siqnal qurğusunun harada olduğu müəyyən olunub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarəsinin düşməsi ilə bağlı yaradılan araşdırma komissiyasının rəhbəri, pilot Eymen el-Mukaddem bildirib ki, təyyarənin göyərtəsində quraşdırılmış səs siqnalı artıq müəyyən edilib. Onun sözlərinə görə, həmin səs siqnalı təyyarənin düşdüyü nöqtədən 5 kilometr kənarda olduğunu göstərir: “Artıq həmin cihaz Misir Silahlı Qüvvələrinə bağlı yaradılan araşdırma və xilasetmə heyətinə təslim edilib. Hazırda araşdırmalar davam edir. Hələlik təyyarənin “qara qutusu” tapılmayıb. “Qara qutu”nun tapılması üçün xarici şirkətdən yardım istəniləcək”.
Xatırladaq ki, mayın 19-da Misir Hava Yollarına (Egypt Air) aid “Airbus A320” model sərnişin təyyarəsi Paris-Qahirə səfərini həyata keçirən zaman Aralıq dənizi üzərində radarlardan itib.
Təyyarənin göyərtəsində 3-ü uşaq, 7-i uçuş heyəti olmaqla 66 nəfər olub.
Vasif Həsənli
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ