Dünya
“Bu, Putinin böyük müvəffəqiyyətsizliyidir” - ŞƏRH
Ukrayna pilotu, Ali Radanın deputatı Nadejda Savçenkonun azad olunması Rusiya prezidenti Vladimir Putin üçün siyasi baxımdan böyük müvəffəqiyyətsizlik oldu.
Publika.az xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində ukraynalının vəkili Nikolay Polozov deyib.
“Biz indi hadisələrin yalnız onda birini görürük. Son danışıqlar “Normandiya dördlüyü” formatında gedirdi. Hansı danışıqların aparıldığı bizə məlum deyil. Əlbəttə ki, Kremldə insanlar xeyriyyəçiliklə məşğul olmaq üçün oturmurlar. Cari vəziyyətdən maksimum qazanc əldə etməyə çalışacaqlar”, - deyə vəkil qeyd edib.
Qeyd edək ki, Rusiyada həbsdə saxlanılan ukraynalı pilot dünən azadlığa buraxılıb. O, Rusiyada iki il həbsdə qaldıqdan sonra Kiyevə qayıdıb. Ukrayna prezident administrasiyası rəsmisinin verdiyi məlumata əsasən, 35 yaşlı hərbi pilot günün əvvəlində iki rus əsgərinin Moskva ilə mübadiləsi nəticəsində azad olunub.
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, şərqi Ukraynada öldürülmüş iki jurnalistin həyat yoldaşları ondan ukraynalı pilotu bağışlamasını xahiş edib. Putin pilotun azadlığa buraxılmasının Ukrayna ilə münaqişədə gərginliyin azaldılması və insan ölümlərinin qarşısının alınmasına yardım edəcəyinə ümid etdiyini deyib.
Savçenko Donetsk vilayətində iki rus jurnalistini qətlə yetirməkdə ittiham edilərək 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ömər Dağlı
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir