Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
Bizi izləyin

ABŞ

Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir

Demokratik partiyanın prezidentliyə namizədi Cozef Bayden seçici dəstəyinə görə respublikaçı Donald Trampdan 10 faiz geri qalır.

Publika.az “Rasmussen Reports” sosiologiya kompaniyasının keçirdiyi rəy sorğusuna əsasən xəbər verir ki, amerikalıların 46 faizi Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampı, 36 faizi hazırkı prezident Cozef Baydeni, doqquz faizi isə müstəqil namizəd Robert Kennedini dəstəkləyir.

Donald Tramp bir ay öncə keçirilən sorğularla müqayisədə əsas rəqibi üzərində üstünlüyünü dörd faiz artırmağa nail olub. O zaman respondentlərin 44 faizi respublikaçıların namizədinə, 38 faizi demokratların namizədinə etimadını ifadə etmişdi.

Aprelin 29-dan mayın 1-dək keçirilən sosioloji tədqiqatda 1,2 min nəfərin iştirak etdiyi bildirilir.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Donald Tramp artıq Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə Demokratlar partiyasından kifayət qədər dəstək alıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm