Dünya
Kremlin MÜHARİBƏ PLANI: genişmiqyaslı əməliyyat başlanacaq, əgər...
“Moskva Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) müstəqilliyinin tanınması planını hazırlayıb”.
Publika.az xəbər verir ki, bunu Ukrayna mediasına müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk bildirib.
“Rusiyalılarda ssenari var. “DXR” və “LXR” tanınması haqqında xahişlə Rusiya Dövlət Dumasına müraciət edəcək, Dövlət Duması “respublikalar”ın müstəqilliyini tanıyacaq və onlarla hərbi köməyin göstərilməsi haqqında müqavilə imzalanacaq”, - Tuk deyib.
Onun sözlərinə görə, plan Ukrayna ordusunun Donbasda genişmiqyaslı hücumunun başlanacağı halda reallaşdırılacaq.
“Rostov vilayətində, Ukrayna sərhədində dayanan Rusiya qoşunları Ukrayna ərazisinə girəcək və genişmiqyaslı müharibə başlanacaq”, - məmur əlavə edib.
Mayın 30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval bildirib ki, Moskva Krıma quru dəhlizi açmağa hazırlaşır: “Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq, həmçinin Krıma quru dəhlizi açmaq məqsədi ilə aktiv hücum əməliyyatına hazırlaşır”.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ