Dünya
Səfir: “Bu, Rusiyanın hibrid müharibəsinin bir hissəsidir”
Ukraynanın Estoniyadakı səfiri Viktor Krıjanovskiy bu ölkənin hakimiyyətindən italyan jurnalisti Sara Redjinellanın çəkdiyi “Donbasın vaxtları” filminin Estoniya ərazisində nümayişinə mane olmağı xahiş edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, səfirin məktubu Estoniya Mədəniyyət və Xarici İşlər Nazirliklərinə göndərilib.
Səfir iddia edir ki, Sara Redjinella Şərqi Ukraynaya qeyri-leqal səfər edib.
“Bu film Rusiyanın ideoloji hibrid müharibəsinin bir hissəsidir. Film Ukraynanın şərq hissəsində qeyri-leqal separatizm qruplaşmalarının irəliləyişinə hədəflənib və Rusiyanın mənim ölkəmə qarşı hərbi təcavüzünü təkzib etməyə xidmət edir”, - Krıjanovskiy yazıb.
Estoniya və Ukrayna arasında dost münasibətlərin olduğunu qeyd edən səfir ölkə hakimiyyətindən bu filmin nümayişinə icazə verməməyi xahiş edir: “Bizim informasiyamıza görə, anti-ukrayna təbliğatçılıq filmi Avropa Birliyi üzrə yayılır. Aydındır ki, ona istənilən şəxs internetdə baxa bilər. Biz onun Estoniya ərazisində nümayiş olunub-olunmayacağına dair məlumata sahib deyilik. Amma yenə də rəsmi hakimiyyəti xəbərdar etmək borcumuzdur. Onun Estoniya ərazisində translyasiyasını qadağan etmək bizim səlahiyyətimizə daxil deyil. Amma biz istəyərdik ki, Estoniya kanalları anti-ukrayna filmini göstərməsinlər”.
Ömər Dağlı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...