Keçmiş prezident yol qəzasına düşdü
Bizi izləyin

Dünya

Keçmiş prezident yol qəzasına düşdü

Slovakiyanın keçmiş prezidenti İvan Qaşparoviç Bratislava şəhəri yaxınlığında avtomobil qəzasına düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qaşparoviçin olduğu “Mercedes” hələ ki, məlum olmayan səbəbdən “Ford Galaxy” ilə toqquşub.

Nəticədə siyasətçinin avtomobili yoldan çıxıb. Polisdən verilən məlumata görə, onun maşınındakı sərnişinlərdən heç kim xəsarət almayıb.

“Ford Galaxy”nin sükanı arxasındakı sürücü qadın kiçik xəsarətlər alıb və həkimlər dərhal ona vacib olan yardımı göstəriblər. Qəza zamanı dəyən ümumi zərər 16 min avro dəyərləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm